Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Alim Qasımovun kürəkəni həbs edildi

Xanəndə, xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib. O, Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunur.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir.

İşə hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə zərərçəkmiş şəxs Alim Qasımovun xanımı və qohumudur.

Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlanov hazırda həbsdədir. O, Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-ziynət əşyalarını oğurlamaqda ittiham olunur.

Məhkəmə araşdırması davam edir.

www.yenicag.az

724
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100