!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alman iş dünyasından xəbərdarlıq: "Çinsiz bacara bilmərik"

!Reklam – Yazi

Almaniyada hökumət iqtisadi cəhətdən Çin strategiyasını dəyişmək istəsə də, alman iş dünyası bu ölkənin iqtisadiyyat üçün əhəmiyyətini vurğulayıb.

Yenicag.az “Sözçü”yə istinadən bildirir ki, Çin son 6 ildə Almaniyanın ən böyük ticarət tərəfdaşı kimi rekorda imza atıb. Lakin buna baxmayaraq, Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi ölkənin Çin iqtisadi strategiyasını dəyişdirmək üçün çalışır. Belə ki, nazirlik əməkdaşlarının hazırladığı 100 səhifəlik hesabat layihəsində Almaniya-Çin münasibətlərindəki iqtisadi asılılığa diqqət çəkilib, Çindən asılılığın azaldılması və tədarük yollarının genişləndirilməsinə yer verilib.

Ekspertlərə görə, iqtisadiyyatını və nüfuzunu genişləndirən Çinə qarşı ABŞ, Kanada, Avstraliya və Qərb ölkələri daha sərt mövqe tutmağa başlasa da, Almaniyanın ticarət əlaqələrini siyasətdən öndə tutaraq buna yanaşmadığı müşahidə edilir. Almaniyanın Çindən asılılığı xarici ticarətdə, təchizat zəncirlərində və böyük bazarlarda diqqət çəkir. Almaniyanın elektrik avtomobilləri üçün getdikcə daha çox əhəmiyyət kəsb edən litium batareyaları və nadir torpaq elementləri kimi xammallar üçün belə Çindən güclü idxal asılılığı mövcuddur. Bu baxımdan Çinə qarşı strategiyanın dəyişməsi alman şirkətləri üçün mənfi nəticələr verəcək.

Almaniya Sənaye Federasiyasının (BDI) Prezidenti Ziqfrid Russvurm bəyan edib ki, Almaniyanın Çin strategiyası bəzi nüanslara cavab verməlidir:

“Qlobal problemlərin həllində Çin həm tərəfdaş kimi, həm də sistemli rəqib kimi alman sənayesində yer tuta bilər. Həmçinin Çindən kənarda başqa bazarların açılması vacibdir. Bu, Çindən asılılığımızı azaldar”.

Gülşən

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv