Almaniya Kansleri: "İrandakı müharibənin NATO-ya aidiyyəti yoxdur"
İran ətrafındakı münaqişə NATO-nun işi deyil və Almaniya bu müharibədə iştirak etməyəcək.
Yenicag.az xəbər verir ki, bu bəyanatla Almaniya Kansleri Fridrix Merts Berlində Niderlandın Baş naziri Rob Yetten ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.
“Aydındır ki, bu müharibə NATO-nun işi deyil. Bu onun müharibəsi deyil”, – deyə o bildirib. Merts həmçinin vurğulayıb: “Biz burada iştirak etmirik. Almaniya hökuməti üçün bu mövqe dəyişməz qalır”.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, əgər üzv dövlətlər Hörmüz boğazının blokadadan çıxarılmasında ABŞ-yə kömək etməsələr, Şimali Atlantika Alyansını “çox pis gələcək” gözləyir.












