Almaniya millisinin baş məşqçisi istefaya göndərildi

media-hightechnic-468x90

Futbol üzrə Almaniya milli komandasının baş məşqçi Hans-Diter Fliki istefaya göndərilib.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının saytında məlumat yayılıb.

Assosiasiyanın rəhbəri Bernd Neuendorf qərarın qaçılmaz olduğunu, milliyə “son məyusedici nəticələrdən sonra” yeni təkan lazım olduğunu söyləyib.

Sentyabrın 9-da Almaniya yığması yoldaşlıq görüşündə Yaponiya millisinə uduzub. Görüş 1:4 hesabı ilə başa çatıb. Bundan əvvəl almanlar ardıcıl dörd yoxlama oyununda məğlub olmuşdular.

Flik 2021-ci ilin mayından Almaniya millisini çalışdırırdı. Onun rəhbərliyi altında milli Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin oyunlarından birində Yaponiyaya uduzaraq pley-offa çıxa bilməyib./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600