Almaniya qarışdı: 26 nəfər saxlanıldı

media-hightechnic-468x90

91947Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının yeni açılmış ofisinə etiraz əlaməti olaraq dünəndən keçirilən aksiyalarda 30 mindən çox insan iştirak edib.

Polis nümayişçilər arasında baş verən toqquşmalarda 220-dən çox insan xəsarət alıb. Bu gün gecə saatlarında isə 26 nəfər saxlanılıb. Nümayişləri yatırmaq üçün polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Nümayiçilər, xüsusən də Avropa Mərkəzi Bankının apardığı sərt kəmərsıxma siyasətinə etirazlarını bildiriblər.

Almaniya daxili işlər naziri Tomas de Mezyer isə açıqlamasında bildirib ki, təşkilatçılar aksiya zamanı güc tətbiq ediləcəyini bildirdilər, bu səbəbdən baş verənlərə görə özlərini günahsız göstərməsinlər. Onun sözlərinə görə, bu situasiyanı Kievdə baş verən Maydanla müqayisə etmək yersizdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600