Almaniya-Türkiyə: Kəşfiyyat savaşı – Mövzu “Paralel”dir?
Federal Prokurorluğun açığlamasında bildirilir ki,həbs olunan türk vətəndaşları Milli İstihparat Təşkilatı (MİT) ilə əməkdaşlığda şübhəli bilinir. Federal Məhkəmə həbs qərarını 11 Noyabr 2014-cü ildə versə də, türk vətəndaşlarının həbsi 17 dekabrda reallaşıb. Artıq həbs olunanların şəxsiyyəti də məlum olub. Bunlar 58 yaşlı Məhəmməd Taha, 33 yaşlı Göksel G və 58 yaşlı Əhməd Durandır.
Həbsin Türkiyədə Fətullah Gülən Şəbəkəsinə qarşı əməliyyatla üst-üstə düşməsi də diqqətdən qaçmayıb. Belə ki, Camaatın sadəcə CIA ilə deyil, Türkiyə əleyhinə olan əksər dövlətlərlə əməkdaşlıq etdiyi üzə çıxıb. Eləcə də Gülənin adamlarının qanunsuz olaraq, Türkiyənin dövlət adamlarını dinlədiyi üzə çıxdıqdan sonra Almaniyanın da belə bir addım atdığı xəbəri yayılmışdı. Son hadisə isə bu versiyanın ortaya çıxmasına səbəb oldu. Belə ki, bir çoxları bu həbslərin Türkiyəyə gözdağı üçün edildiyini düşünür.
Qeyd edək ki, Ərdoğan da Əkrəm Dumanlı və digərləri üçün “kökü xaricdə olan agentlər” ifadəsini işlətmişdi.