Almaniyadan Qarabağ separatçılarına daha bir zərbə

media-hightechnic-468x90

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda onun idarə etdiyi oyuncaq rejimin adından yaradılmış “arzach.de” veb-saytı bağlanıb.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniya hakimiyyət orqanları bu qərarı azərbaycanlıların həmin saytın səhifələrində hökm sürən separatizmin, işğalçılığın və dinc sakinlərin öz evlərinə qayıtmasına yol verilməməsini təbliğ edildiyini göstərən təkidli müraciətlərindən sonra qəbul olunub. Ermənistanın hakimiyyət orqanları Almaniya domenində açılmış saytda həm də alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə cəhd göstərirdilər.

Eyni zamanda, qondarma “Arsax Respublikası”nın AFR-dəki səfiri” Arutyun Qriqoryanın “Facebook”da profili də ləğv edilib. Həmçinin Berlində fəaliyyət göstərən “Avropa Arsax Tədqiqatları Mərkəzi” də bu günlərdə bağlanılıb.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600