"Altes Plaza"da yanğın - YENİLƏNDİ

media-hightechnic-468x90

10:22

Bu gün saat 10 radələrində Yasamal rayonu İ.Qurtqaşınlı küçəsində yerləşən “Altes Plaza” yaşayış və biznes mərkəzində yanğın olub.

Yenicag.az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğından Mühafizə Xidmətindən bildirilib ki, binanın damından tüstü qalxıb, lakin açıq alov müşahidə edilməyib.

“Yanğın binanın 3-cü mərtəbəsində yerləşən restoranın şaxtasında baş verib. Şaxtaya toplanmış tullantıların alovlanması nəticəsində binanın damından qatı tüstü çıxıb və insanlar oradan təxliyyə edilib”.

Yanğın söndürülüb./Lent.az/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600