“Aman reis duymasın” – Məşhur türk aktyorları Bakıda – FOTOLAR\VİDEO

Türkiyədə çəkilən “Aman reis duymasın” filminin Bakıda qala gecəsi baş tutub.

Yenicag.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən qala gecədə iştirak etmək üçün “Eşkiya dünyaya Hükümdar olmaz” serialının rejissoru Onur Tan və filmdə rol alan tanınmış aktyorlar Ozan Akbaba (İlyas Çakırbeyli), Emir Benderlioğlu(Behzat), Ceren Benderlioğlu (Ömür), Hakan Karsak (Enişte), Sevinç Gürsen Kıranlı (Hatice), Sevil Akı (Emine), Ömer Kurt (Zefer), Tevfik Erman Kutlu (Tekin) paytaxtın qonağı olub. Onlar jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, komediya janrında çəkilən film “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialından tanıdığımız xarakterlərin istirahət tətilinə çıxmaları, kiçik qəsəbəyə gələr-gəlməz inanılmaz hadisələrlə qarışmaları və başlarına gələn digər əhvalatlardan bəhs edir. Ən böyük qorxuları isə liderləri Hızır Çakırbeylinin (Oktay Kaynarça) bu olanları bilməyidir…

Təqdimat mərasimindən video və fotoları təqdim edirik:

Cəvahir

COP29