!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikalı generaldan ŞOK: NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır

!Reklam – Yazi

NATO müttəfiqləri Ukrayna əsgərlərinə təlim keçmək üçün Ukraynaya qoşun göndərməyə yaxınlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, bu addım əvvəlki “qırmızı xəttin” daha bir dəfə keçilməsi olacaq, eləcə də, ABŞ və Avropanı daha da müharibəyə sürükləyə bilər.

“Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün hərbçilərin göndərilməsi qərarı rusların Xarkov vilayətinə genişmiqyaslı hücumu fonunda verilə bilər”, – KİV əlavə edib.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Çarlz Braun isə bildirib ki, Vaşinqton və NATO ölkələri Ukrayna hərbçilərinə birbaşa “cəbhədə” təlim keçmək üçün “təlimatçılar” göndərmək imkanını nəzərdən keçirir.

Amerikalı general qeyd edib ki, Ukrayna ərazisində 150 min hərbçinin hazırlanmasına ehtiyac var.

Məlumata görə, böyük canlı qüvvə və texnika itkiləri fonunda kadrların cəlb edilməsində kəskin böhran yaşayan Ukraynaya Qərb getdikcə daha çox öz qoşunlarını göndərmək üçün qanuni yollar axtarır.

Bundan əlavə, Ukrayna cəbhəsində şiddətli döyüşlərin getdiyi bir vaxtda “The Guardian” nəşri məlumat yayıb ki, Britaniya hərbi kəşfiyyatı – MI8 Ukraynanı rus qoşunlarının Xarkov vilayətinə hücumu ehtimalı barədə xəbərdar edib, lakin Ukrayna Silahlı Qüvvələri buna hazır deyil

Nəşr digər Qərb ölkələrinin də bu ehtimalı proqnozlaşdırdığını da əlavə edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv