Amerikanı Türkiyənin ayağına gətirən GİZLİ SƏBƏB: “Ankaranın açıq dəstəyini alması vacibdir”

media-hightechnic-468x90

 

“ABŞ prezidenti Donald Tramp dünən bir daha bütün dünyanın gözü qarşısında böyük bir teatr tamaşası oynamaqda davam etdi. Əvvəlcə onun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü, ardınca isə dünya üzrə tətbiq olunacaq gömrük rüsumları ilə bağlı açıqlamaları və İsrailin Baş naziri Netanyahu ilə keçirdiyi mətbuat konfransı, sözün əsl mənasında, dünya ictimaiyyətini təəccübləndirən bir şou idi”.

Bunu Yenicag.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdən sonra Tehran-Vaşinqton əlaqələri, eləcə də İranın vurulması ehtimalı çərçivəsində sözügedən məsələnin Türkiyəyə təsirini şərh edib.

Onun sözlərinə görə, Netanyahu Trampın İsrailə andiçməsindən sonra etdiyi ikinci səfərini gerçəkləşdirdi:

“İlk səfərdə Qəzza ilə bağlı mühüm qərarlar qəbul olunmuşdu, bu dəfə isə gündəmdə İran mövzusu dayanır. Son günlər Suriya ilə bağlı Türkiyə və İsrail arasında yaşanan gərginlik, istər-istəməz, Tramp ilə Netanyahunun görüşündə Türkiyənin əsas müzakirə mövzularından biri olmasına səbəb oldu. Trampın çıxışlarında İranla danışıqlar aparmaq niyyətində olduğunu bildirməsi onun şəxsi simpatiyasına uyğun gəlməsə də, ABŞ-nin Yaxın Şərq siyasəti baxımından son dərəcə əhəmiyyətli bir qərardır. ABŞ-nin İrana qarşı hərbi əməliyyat həyata keçirməsi üçün Ankaranın açıq dəstəyini alması vacibdir. Lakin Türkiyə bu məsələdə qərarlıdır və qonşusu İranın da İraq və Suriya nümunəsində olduğu kimi xaosa sürüklənməsinə imkan verməyəcək”.

“Trampa ünvanlanan suallardan birində o, prezident Ərdoğan haqqında fikirlərini bölüşdükdə, Netanyahu üzündəki jest və mimikaları ilə narazılığını ifadə etsə də, Suriyada Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməməsi tamamilə təbiidir. Artıq tam şəkildə aydındır ki, Tramp İrana qarşı hərbi əməliyyat variantını bir müddətlik təxirə salıb. Çünki onun əsas hədəfinin Çin olduğu dünənki çıxışında da açıq şəkildə özünü göstərdi”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600