!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikanın Çin və Rusiyaya məğlubiyyət ssenarisi: ABŞ hərbi böhranla üzləşib?

!Reklam – Yazi

Birləşmiş Ştatların Çin və ya Rusiya ilə mümkün müharibədə məğlub olacağı proqnozlaşdırılır.

ABŞ Müdafiə Nazirliyi rəsmilərinin xəbərdarlığına görə, əgər Birləşmiş Ştatlar Çin və ya Rusiyaya qarşı müharibəyə başlayarsa, məğlub olar.

ABŞ Konqresi tərəfindən sifariş olunan, eyni zamanda həm Demokratlar, həm də Respublikaçılar partiyalarını təmsil edən çox sayda keçmiş dövlət rəsmiləri tərəfindən hazırlanan müvafiq hesabatda bildirilir ki, ABŞ “hərbi böhran”la üzləşib və ölkənin eyni vaxtda iki müharibə aparması onu ciddi çətinliklərlə üz-üzə qoyacaq:

“Qlobal nüfuz və milli təhlükəsizliyin əsas dayaq sütunu olan Amerikanın hərbi qüdrəti təhlükəli dərəcədə zəifləyib. Xüsusilə, ABŞ ordusu dərin sarsıntı keçirmək riskinə daha yaxın olduğundan, onun eyni vaxtda iki cəbhədə müharibə aparması inandırıcı deyil”.

ABŞ Konqresi Milli Müdafiə Strategiya Komitəsinə göstəriş verib ki, prezident Donald Trampın Milli Müdafiə Strategiyasını nəzarətdə saxlaması prosesini müşahidə etsin.

Araşdırma qrupu Çin və Rusiya kimi avtoritar dövlətlərin “Birləşmiş Ştatların gücünü neytrallaşdırmaq” üçün hərbi potensiallarını gücləndirdiklərini müəyyən edib. Yaxın illərdə ABŞ ordusunun qlobal miqyasda partizanlara, o cümlədən qiyamçılara qarşı apardığı hərbi əməliyyatlar onun raketlərinin texnoloji baxımdan köhnəldiyini, kiber müharibəsi və sualtı müharibədə güclü döyüş qabiliyyətinin olmadığını üzə çıxarıb.

Hesabatda qeyd olunur ki, “Çin və Rusiya kimi təcrübəli düşmənlərə qarşı zəruri olan plan və hərbi əməliyyatların aparılması üçün ABŞ-ın hərbi potensialı yetərli deyil. Bu isə Birləşmiş Ştatların milli təhlükəsizliyində böhran yaradıb”.

Hələ 2011-ci ildə büdcəyə nəzarət tədbirlərinin yerinə yetirilməsinə dair “hər iki siyasi partiyanın hökuməti ciddi qərar və fəaliyyət göstərməməkdə” tənqid etməsi Amerika hökumətinin passivliyindən irəli gəlirdi.

Hesabatda bildirilir ki, Donald Trampın dünya miqyasında qiyamçılardan daha çox Rusiya və Çinə diqqət ayırması Pentaqonu doğru istiqamətə yönləndirir. Lakin ABŞ-ın bütün dünyada sülh yaratmaq cəhdlərinin passivliyi ona şübhəli reputasiya qazandırır.

Hesabata əsasən, “Pentaqonun illik hərbi büdcəsi Rusiya və Çinin hərbi büdcəsindən daha çox – 700 milyard ABŞ dolları təşkil edir və belə başa düşülür ki, bu rəqəm Pentaqon üçün ”yetərli” deyil. Birləşmiş Ştatlar böyük güclü düşməni məğlub etməyincə, digər düşmənləri hərbi güc göstərməkdən çəkindirə bilməyəcək”.

Milli Müdafiə Strategiya Komitəsi müdafiə büdcəsində illik olaraq 3 faizdən 5 faizə qədər artım etməyin zəruriliyini tövsiyə edib. Pentaqon rəsmisi deyir: “Bütün bunlar ciddi qeydlərdir və real fəaliyyətə keçməyə çağırır”.

Tramp administrasiyası 2018-2019 illərdə hərbi xərcləri xeyli artırıb. Lakin sonradan həmin xərclərin azaldılması da nəzərdən keçirilir. Tramp həm də NATO ölkələrindən maliyyə öhdəliklərini yerinə yetirməyi davamlı olaraq, tələb edir.

Nik Alen (Nick Allen)
“The Telegraph”

COP29

www.yenicag.az

2939
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv