Ana və səkkiz övladı qətlə yetirildi
Avstraliyanın Quinsland əyalətində dəhşətli cinayət hadisəsi baş verib.
Evlərin birində 8 uşaq cəsədi və 34 yaşında bıçaqlan yaralanan qadın tapılıb.
Araşdırmalar zaman müəyyən olunub ki, 1 yaşdan 15 yaşa qədər olan uşaqlar bacı və qardaşdırlar. Oların bəziləri boğlub. Bir çoxu isə bıçaqlanaraq qətlə yetirilib. Yaxınlıqda yaşayan qonşuların verdikləri məlumata görə, yaralı qadın isə uşaqların anasıdır.
Yaralı qadın xəstəxanaya yerləşdirilib. Həkimlər qadının həyatını xilas edə biliblər. Araşdırmalar zamanı məlum olub ki, qadın və uşaqları həmin evdə ikinci ərilə birlikdə yaşayırmış. Hazırda həmin kişi axtarışa verilib.
Hələlik baş verən dəhşətli cinayətin təfərrüatları məlum deyil. Qadın özünə gəlmədiyi üçün normal ifadə verə bilməyib.
Baş verən dəhşətli cinayətə ölkə rəhbərliyi reaksiya verib. Avstraliyanın baş naziri Toni Abbott mətbuata açıqlamasında hadisədən çox təəssüfləndiyini bildirib.
“Çox üzücü bir tragediyadır. Bu hadisə hər kəsi sarsıdıb. Hadisənin səbəbkarı tezliklə tapılacaq”, – deyə baş nazir açıqlamasında bildirib.
Faktla bağlı araşdırma aparılır.