Xəbər verdiyimiz kimi Mədəniyyət naziri Anar Kərimov və onun müavinlərinin xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin dəfnində iştirak etməməsi kəskin tənqidlərə səbəb olub.
Yenicag.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən bu gün verilən açıqlamaya görə Anar Kərimovun yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxıb və o, 16 aprel 2021-ci il tarixindən müalicə olunur.
“Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk”, – deyə nazirlikdən bildirilib.
Görünür, Anar Kərimov Eldar Quliyevin dəfn mərasimində iştirak etməməsinə necə haqq qazandıracağını bilməyib və rejissorun vəfat günü təəccüblü şəkildə koronavirusa yoluxma bəhanəsinə sığınıb.
Əks təqdirdə, nazirin koronavirusa yoluxma xəbəri 5 gün fərqlə ictimaiyyətə açıqlanmazdı.
Əgər Anar Kərimov, həqiqətən, koronavirusa yoluxuba, bunun 5 gün sonra açıqlanması da Nazirliyin “operativlik” anlayışının bir göstəricisidir.