Anar Mədətovdan QALMAQALLI AÇIQLAMA: “Onun-bunun cibinə pul bassalar da…”

media-hightechnic-468x90

“Bədbəxtçilik bundadır ki, bəzi televiziyalar o toyxana müğənnilərini şou-biznesə daxil olmağa şərait yaradırlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri prodüser Anar Mədətov “Gül kimi şou” da deyib.

O, qalmaqallı açıqlaması ilə şou aləmin sükutunu pozub:

“Bu gün müğənnilər var ki, istədikləri nailiyyətə gəlib çatandan sonra deyirlər, bizdə toy biznesi var, şou-biznes yoxdur. Niyə? Onda oxu, toya getmə də… Toy da bir məktəbdir, bir şoudur. Sən özünü o şouda necə göstərsən, camaat da səni elə sevəcək. Bəli, şou-biznesdən toyxanaya gələnlər var. Bədbəxtçilik bundadır ki, bəzi televiziyalar o toyxana müğənnilərini şou-biznesə daxil olmağa şərait yaradırlar. Onlar nə qədər toyxanadan gəlsələr də, onun-bunun cibinə pul bassalar da, onların şou-biznesə aidiyyatı yoxdur. Şou-biznesə o adamların aidiyyatı var ki, konsertlər verir, şou-proqamlara qatılır, kütləni stadionlara toplaya bilirlər”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600