Ancelina Coli və Bred Pittdən gözlənilməz qərar

media-hightechnic-468x90

angelina-jolie-brad-pitt1Hollivud aktrisası Ancelina Coli aktyor Bred Pittlə boşanmaq qərarına gəlib.

Bu barədə TMZ mənbəyə istinadən xəbər verir.

Bildirilir ki, boşanmaya səbəb fikir ayrılığı göstərilir.

Ancelina Coli 6 uşağına qəyyumluğun onda saxlanılmasını, Bredə isə onlarla mütəmadi görüşməyə icazə verilməsini istəyir. O, keçmiş həyat yoldaşından aliment tələb etmir.

Boşanmaya səbəb aktrisanın Pittin uşaqları tərbiyə etmək tərzindən razı qalmaması səbəb olub.

Nəşrin verdiyi məlumata görə, boşanmanın yeganə səbəbi məhz budur və heç bir “üçüncü” tərəf burda iştirak etmir.

“Reuters”in xəbərinə görə, A.Colinin vəkili məlumatı təsdiqləyib. Hüquqşünas deyib ki, aktrisa vəziyyəti şərh etməyəcək.

Xatırladaq ki, A.Coli və B.Pitt 2004-cü ildən bir yerdədir. Onların toyu 2014-cü ilin avqustunda baş tutub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600