Andrey Makareviçin konserti niyə təxirə salındı?

media-hightechnic-468x90

28601_wdts4528teAndrey Makareviçin və “Kreol Tanqosunun Orkestri”nin Bakıdakı konserti təxirə salınıb.

Bu barədə Andrey Makareviç öz facebook hesabında yazıb. O, konsertinə gəlmək istəyən, bilet alanlardan elə konserti təxirə salanların üzr istəməli olduğunu əlavə edib. Makareviçə konsertin təxirə salınması “ukraynameyilli çıxışların” olması ilə izah olunub:
“Marazm güclənir. Bakı şəhəri “Kreol Tanqosunun Orkestri” adlı konsertimizi, “ukraynameyilli çıxışların” yaradacağı ehtimal olunması bəhanəsi ilə təxirə salıb. Bu günə qədər, bizim konsertlərimiz nə Rusiyada, nə Belarusiyada, nə Litvada, nə Moldovada, nə də Amerikada “ukraynameyilli çıxışların” yaranmasına səbəb olmayıb. Nə isə cənab bakılılar, konsertimizə bilet alan tamaşaçılarınız qarşısında özünüz üzr istəyin və çalışın yalan danışmayasınız. Mən sizin üzürünüzü qəbul etmirəm”.

Qeyd edək ki, oktyabrın 31-də Heydər Əliyev Sarayında Andrey Makareviçin və “Kreol Tanqosunun Orkestri”nin birgə konserti gözlənilirdi. Konsetə biletlər satışa çıxarılmış, afişa da hazırlanmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600