Angela Merkelin karantin müddəti başa çatdı

media-hightechnic-468x90

Almaniya kansleri Angela Merkelin karantin müddəti başa çatıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

Məlumata görə, Almaniya kansleri iki həftəlik ev şəraitində karantindən sonra Berlindəki ofisinə qayıdıb. A.Merkel koronavirusla bağlı bir neçə dəfə test verib və onların hamısının cavabı mənfi olub.

Hökumət sözçüsü vurğulayıb ki, buna baxmayaraq Angela Merkel sosial uzaqlaşma qaydalarına əməl edəcək və konfranslar video və audio formatında davam edəcək.

Xatırladaq ki, kansler ona pnevmaniyaya qarşı peyvənd vuran həkimin koronavirusa yoluxmasından sonra martın 22-dən ev şəraitində karantində idi.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600