Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Ankara ilə Moskva arasındakı ikinci əyri dayaq yıxıldı”

“Rusiya özünün Suriyadan çıxmasına imkan verməyən bir vəziyyət yaradıb”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Suriyadakı Rusiya hərbi bazalarına son günlər intensivləşən hücumları şərh edən Rusiyalı politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Qriqori Trofimçuk deyib:

“Bu hücumların süjeti Suriya münaqişəsinin gedişində Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərən hadisələrlə eynilik təşkil edir. Məsələn, rusiyalı hərbi pilotun Suriya türkmanlarına məxsus ərazidə güllələnməsini qeyd edə bilərik. Rusiya təmsilçiləri bu hadisələrin onda da, indi də ABŞ-ın dəstəklədiyi terrorçular tərəfindən törədildiyini bildirirdilər”.

Ekspertin sözlərinə görə, Türkiyə hazırda Suriya münaqişəsində Rusiyanın situativ müttəfiqi olaraq, özünün şübhə hədəfinə çevrilməsini istəmir:

“Rusiya da eynilə bu mövqedədir. Bunun da ən azı iki səbəbi var. Əvvəla, Rusiya Türkiyə ilə münasibətlərin artıq əvvəlki səviyyəyə çatdırıldığını, hətta o ölkədən pomidor idxalına razılıq verdiyini bəyan edib. İkincisi isə, Rusiya Suriyadakı mövcud vəziyyəti nəzərə alaraq, Türkiyə ilə münasibətlərin korlanmasında maraqlı deyil.

Qeyd edim ki, 2015-ci ildə təyyarə böhranı yarananda Rusiya ilə Türkiyə arasında Suriya böhranının həllinə yönəlik hər hansı qarşılıqlı öhdəlik yox idi. Bu da Rusiyaya daha sərbəst hərəkət imkanı verdiyi üçün Moskva Ankaranın ünvanına müəyyən ittihamlar səsləndirə bilirdi”.

Trofimçuk əlavə edib ki, Rusiyanın Suriyadakı hərbi bazalarına hücumların arxasında dayanan qüvvələr Moskvanın o ölkədə ilişib qalmasını hədəfləyiblər:

“Burada artıq hansısa sübuta ehtiyac yoxdur. Dronlarla həyata keçirilən hücumların məqsədi Rusiyanın kritik vəziyyətdə necə davranacağına yönəlik test isi. Belə situasiyalarda isə həmin dronlardan sadəcə, yüngül bomba deyil, hətta yığcam nüvə başlığı da atmaq mümkündür.

Yəni Rusiya üçün elə bir vəziyyət yaradılır ki, Moskva nə Suriyadan çıxa bilsin, nə də “mən qalibəm” deyərək orada qalsın. Bu halda həmin uçuş aparatlarını kimin haradan buraxdığının elə bir əhəmiyyəti yoxdur.

Şəxsən mən indiki vəziyyəti Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşmağa başladığı 2016-cı ilin ilk yarısındakı duruma bənzədirəm. O zaman da deyirdim ki, “İkinci toy” olmayacaq. Ankara ilə Moskva bunu etiraf etməsələr də, artıq ikitərəfli münasibətlərdəki ikinci əyri dayağın yıxıldığını müşahidə edirik. Burada Moskva üçün ən narahatedici məqam Ankaranın yenidən Vaşinqtonla yaxınlaşmaq perspektividir”.

www.yenicag.az

1223
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM