Ankara-Təbriz xəttində TƏHLÜKƏLİ OYUN: Hindistan və İsraildən Türkiyəyə qarşı ÇİRKİN PLAN

media-hightechnic-468x90

“Xəbərin Hindistan mənşəli olması təsadüfi deyil: Arxasında İsrailin strateji maraqları dayanır!”

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer deyib.

media-download-35

O, Hindistan mediasında ABŞ-nin AWACS təyyarəsinin Türkiyədən havaya qalxaraq İran sərhədi boyunca kəşfiyyat uçuşu həyata keçirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Siyasi şərhçi bildirib ki, Türkiyə rəsmi olaraq qonşusu İranla köklü münasibətlərə və bölgədə sülhün qorunmasına yönəlmiş xarici siyasətinə sadiqdir:

“Hər hansı bir xarici qüvvənin Türkiyə ərazisi və hava sahəsini digər qonşulara qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə etməsi barədə iddialar əsassızdır və əvvəllər də dərhal təkzib edilmişdir. Ankara, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqliyini hər platformada nümayiş etdirir və qonşularla məsələlərin diplomatik yollarla həllinə üstünlük verir.

Xəbərin Hindistan mənşəli olması təsadüfi deyil. Son illərdə Hindistan-İsrail strateji tərəfdaşlığı və müdafiə əməkdaşlıqları, bu iki ölkənin dezinformasiya fəaliyyətində oxşar gündəmlərlə hərəkət etməsinə səbəb ola bilər. İsrailin marağı Türkiyə ilə İran arasındakı münasibətləri pozmaq və Ankara tərəfini öz strateji blokuna çəkməkdir. Hindistan mediasının isə bu xəbərləri “beynəlxalq xəbər” etiketi ilə yayması Türkiyənin neytral və konstruktiv imicinə xələl gətirməyə çalışır.

Hindistanın Türkiyəyə qarşı manipulyativ xəbərlər yaymasının digər səbəbi, Türkiyənin Pakistanla möhkəm dostluğudur. Türkiyənin Kaşmir məsələsində Pakistanın mövqeyini dəstəkləməsi və Pakistanla hərbi əməkdaşlığı, o cümlədən PUA/TUAV və gəmi layihələri, Yeni Dehli üçün təhlükə hesab edilir. Bu da Hindistan mediasının Türkiyə əleyhinə informasiya kampaniyası aparması üçün zəmin yaradır.

Nəticə etibarilə, yayılan xəbər Türkiyənin xarici siyasət prinsiplərinə tamamilə ziddir və onun bölgədə tərəfsiz aktor imicinə xələl gətirməyə yönəlmiş planlı dezinformasiyadır. Arxasında Hindistan və İsrailin strateji maraqları durur. Məqsəd Ankara-Təbriz xəttində gərginlik yaratmaqdır”, – deyə o bildirib.

 Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05