!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ankara və Vaşinqton F-35 qırıcıları ilə bağlı razılığa gəlməyəcək” – Aleksandr Perenciyev

!Reklam – Yazi

“Rusiya ilə birgə layihələrin həyata keçirilməsi Türkiyəyə böyük gəlirlər qazandıra bilər”.

Aleksandr Perenciyev

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya İqtisad Universitetinin dosenti, “Rusiya zabitləri” Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev deyib

– Türkiyə-ABŞ münasibətlərinin kəskinləşməsini necə qiymətləndirirsiz? Bu gərginlik nə qədər dərinləşə bilər?

– Rəsmi Ankara ilə Vaşinqton arasında münasibətlərin kəskinləşməsi əsasən, 15 iyul hərbi çevrilişə uğursuz cəhddən sonraya təsadüf edir. ABŞ-ın Rəcəb Tayyib Ərdoğan və tərəfdarlarının bu çevrilişin əsas təşəbbüskarı kimi gördükləri Fətullah Güləni Türkiyəyə təhvil verməkdən imtina etməsi də sözsüz ki, ikitərəfli münasibətlərə, eyni zamanda, hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığa neqativ təsir göstərib.

Yəni Ankara bir tərəfdən belə hesab edir ki, ABŞ-la hərbi-texniki əməkdaşlıq Türkiyədəki Ərdoğan əleyhdarlarının silahlanması üçün mexanizm yarada bilər. Ona görə də, Türkiyə bu sahədə ABŞ-la əməkdaşlığa çox da isti yanaşmır. Digər tərəfdən, Ankara Rusiya ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə özünün milli təhlükəsizliyinin gücləndirilməsi və mümkün çevriliş cəhdlərinin qarşısını almaq üçün vasitə kimi baxır.

O baxımdan, Türkiyə ilə ABŞ arasında münasibətlərin gərginləşməsi fonunda Türkiyə-Rusiya münasibətlərinin inkişaf etməsi gözlənilir. Ərdoğanın BRİKS-ə üzvlük niyyətini bəyan etməsi də bu fikirləri təsdiqləyir. Mən sizin portala ötən müsahibəmdə də demişdim ki, Türkiyə BRİKS-ə üzv olarsa, o halda Ankara həm də avtomatik qaydada Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olacaq.

– Əgər Türkiyə ilə ABŞ F-35 qırıcıları ilə bağlı razılığa gəlməsə, o zaman Türkiyə ilə Rusiya 5-ci nəsil SU qırıcılarının birgə istehsalına başlaya bilərlər?

– Mən hətta daha irəli gedərək, hər hansı “əgər”ə yer qoymadan deyirəm ki, Ankara və Vaşinqton F-35 qırıcıları ilə bağlı razılığa gəlməyəcək. Türkiyə bu prosesdə ABŞ-dan asılı vəziyyətə düşmək istəmir. Ankaranı bu məsələdə narazı salan məqamlardan biri də budur ki, layihənin əsas xərclərini Türkiyə çəksə də, yeni qırıcıların satışından əldə olunacaq gəlirlərin böyük hissəsinə əsas ofisləri ABŞ-da yerləşən maliyyə-sənaye qrupları, konkret olaraq, Donald Tramp və onun çevrəsindəkilər sahiblənəcək. Türkiyə isə gəlir götürməmək bir yana, həm də okeanın o tayındakı “böyük tərəfdaş”ından ehtiyat hissələri almaq məcburiyyətində qalacaq.

Türkiyə-Rusiya əməkdaşlığının şərtləri isə tam fərqlidir. Rusiya ilə birgə layihələrin həyata keçirilməsi Türkiyəyə böyük gəlirlər qazandıra bilər. Moskva artıq özünü Ankara ilə birgə əməkdaşlıq çərçivəsində nümayiş etdirib və sübut edib ki, onunla iş görmək sərfəlidir.

– Rusiyada Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinə necə yanaşırlar?

– Necə yanaşırlar? Əvvəla, heç kəs buna görə nə məyus olmur, nə də ifrat dərəcədə sevinmir. İkincisi, bu çərçivədə müşahidələr və təhlillər aparılır, ikitərəfli əməkdaşlıq üçün faydalı təkliflər hazırlanır. Necə deyərlər, müqəddəs yer boş qalmır.

www.yenicag.az

2649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv