Bir neçə gün öncə ABŞ-ın respublikaçı senatoru Con Tün 2021-ci il müdafiə qanunvericiliyinə əlavə təşəbbüsündə Müdafiə Nazirliyinə Türkiyədən S-400 zenit-raket komplekslərinin satın alınması səlahiyyətləri verilməsini təklif edib.
“Cənab Trampa Osakada Türkiyənin “Patriot”ları almasa belə, “Boeing”ləri alacağını söyləmişdim. Biz yaxşı müştəriyik. Lakin belə getsə, bu məsələdə fikrimizdən daşınacağıq”