Ankarada 246 seçki qutusundan çıxan nəticələrə etiraz var
Türkiyənin ana müxalifət partiyası CHP-nin sədr müavini Gökhan Günaydın Ankaradakı bələdiyyə seçkilərinin nəticələrinə dair12 mahalda 246 seçki qutusanda qanun-qayda pozuntularına yol verildiyini açıqlayıb. Günaydın bildirib ki, etiraz predmeti 246 sandıqda 75 min civarında səs fərqi var.
Günaydın Twitter hesabında yazıb: “CHP Ankara BŞB seçkiləri üçün ümumi 246 sandıq üçün etiraz ərizələrində rayon seçki qurumlarına çatdırdı. YSK Ankaradakı fərqi 32 min olaraq ifadə edir. Sənədlərdə “səhvən “edilən qeydlərin hamısı istisnasız olaraq CHP-nin əleyhinədir. Bir sandıqda aldığımız 190 səs başqa partiyaya yazılıb.
Günaydın saxtakarlığa yol verilən rayonların və harada nə qədər səs oğurlandığının siyahısını paylaşıb:
Beypazarı : 78
Yeni Mahalle : 44
Mamak : 28
Çankaya : 27
Keçiören : 28
Altındağ : 18
Sincan : 12
Polatlı : 3
Etimesgut : 3
Şereflikoçhisar : 2
Ayaş : 2
Pursaklar : 1(musavat.com).