Ankarada Əhməd Cavadın 130 illik yubileyi qeyd olunacaq

media-hightechnic-468x90

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi qeyd olunacaq.

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə Əhməd Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan, dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən, həyat və yaradıcılığından bəhs ediləcək.

Milli Məclisin deputatı Əziz Ələkbərov mərasimində iştirak edəcək. O, həmçinin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyində olacaq və böyük şairin heykəlinin açılış mərasiminə qatılacaq.

Səfər mayın 6-da başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600