Ankarada yeni metro xətti açılıb
Fevralın 12-də Türkiyənin paytaxtı Ankarada metropolitenin yeni xətti istismara verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü “Anadolu” agentliyi xəbər yayıb.
Metronun yeni “Batıkent-Sincan” xəttinin açılışında prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər.
Tikintisi 2012-ci ilin fevralından başlayan Ankara metropoliteninin yeni xəttinin uzunluğu 15,5 kilometr təşkil edir. Metronun yeni xəttinə 11 stansiya birləşdirilib.
Ankara metropoliteni 1996-cı ildə istismara verilib. Paytaxtın metro xəttinin ümumi uzunluğu 60,4 kilometrdir. Ankara metropoliteni 22 stansiyadan ibarətdir.