!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankaradan qəti mövqe: “PYD/YPG Menbiçdən şərqə çəkilməlidir”

!Reklam – Yazi

Türkiyə İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin “paytaxt”ı olan Rakkaya hücum planına dair mövqeyini bir daha bəyan edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın danışıb. Onun sözlərinə görə, Türkiyə Rakka planı ilə bağlı verdiyi təkliflər qüvvədədir:

“İŞİD məsələsində məlum prinsipimiz var. “Fərat qalxanı” əməliyyatı ilə bu mübarizənin necə aparılmalı olduğunu göstərmişik. İŞİD-lə mübarizəyə PYD/YPG-ni cəlb eləmək öz ayağına güllə vurmaq deməkdir. Planımız açıq və qətidir, detallar hərbi sirr olduğu üçün onları açıqlamıram. Rakka əməliyyatının necə və kimlərlə aparılacağı hələ dəqiqləşməyib. Bizim təkliflərimiz ortadadır. Söz verildiyi kimi, PYD/YPG ünsürləri Menbiçdən şərqə çəkilməlidirlər. Türkiyənin kürdlərlə problemi yoxdur. Türkiyə terror təşkilatları ilə mübarizə aparır. Biz müttəfiq ölkələrlə birlikdə mübarizə aparırıq. Olub-bitənlərlə “PKK dövlətçiliyi” qurulmasına imkan vermərik. Bu təhdid şəraitində Türkiyə istənilən tədbiri görmək imkanındadır”.

Yeniçağ.Az

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv