Ankaranın qarşısına İsraili çıxarmaq planı: Co Kentin açıqlaması nəyin anonsudur?

media-hightechnic-468x90

“Kentin çıxışı bu dəyişimin erkən və açıq siqnalı kimi qiymətləndirilə bilər”

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Suzan Ezgi Kösalı deyib.

O, keçmiş ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kentin “NATO-dan ayrılmaq xarici münaqişələrdən uzaq durmaq üçün deyil, əksinə, Türkiyə ilə İsrail Suriyada qarşı-qarşıya gələrsə, İsrailin yanında olmaq üçün nəzərdə tutulur” bəyanatına münasibət bildirib.

Siyasi şərhçi qeyd edib ki, Kent mart ayında “İranda davam edən müharibəni vicdanən dəstəkləyə bilməyəcəyini və bu müharibənin Amerika xalqına heç bir fayda gətirməyəcəyini” bildirərək vəzifəsindən istefa vermişdi.

“Bu hadisə ABŞ-nin “lazımsız müharibələrdən çəkilmə” yanaşması ilə “müttəfiqlər üçün seçici angajman” siyasətinin iç-içə keçdiyini göstərir.

Kentin NATO ilə bağlı vurğusu daha da diqqətəlayiqdir. NATO-nun ABŞ-ni “bağlayan” bir struktur olduğu və Vaşinqtonun hərəkət imkanlarını məhdudlaşdırdığı fikri Tramp komandasına yaxın çevrələrdə getdikcə daha sistemli yanaşmaya çevrilir. ABŞ-nin NATO-dan tam çıxması qısa müddətdə real görünməsə də, Kentin işarə etdiyi əsas məsələ “faktiki olaraq NATO-dan kənar hərəkət etmə” ehtimalıdır. Yəni, kritik böhran anında ABŞ NATO üzvü olaraq qalsa belə, alyansın mexanizmlərini kənardan keçərək müstəqil qərarlar verə bilər.

Bu halda klassik ittifaq məntiqinin zəifləməsi və NATO-nun ABŞ-nin seçimlərinə bağlı daha elastik platformaya çevrilməsi mümkündür. Kentin “NATO-nun əllərini-qollarını bağlamasını istəməmək” fikri də məhz bu tendensiyanı əks etdirir.

Bununla yanaşı, Kentin açıqlamalarını birbaşa olaraq ABŞ və İsrailin Türkiyəyə hücum edəcəyi kimi yozmaq düzgün olmaz. Xüsusilə, İsrail üçün Türkiyə ilə birbaşa qarşıdurmadan daha çox “əhatə etmə, tarazlaşdırma və təcrid etmə” strategiyası daha real görünür.

Qısacası, ABŞ xarici siyasətində NATO-nu məhdudlaşdırıcı mexanizm kimi görən və İsraillə daha sərbəst hərəkət etməyə üstünlük verən yanaşma güclənir. Kentin çıxışı bu dəyişimin erkən və açıq siqnalı kimi qiymətləndirilə bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05