Azərbaycanın eksklavı olan kəndlərin – Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin qaytarılması gündəmdədir.
Yenicag.az xəbər verir ki, bu barədə erməni ekspertlər “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində iş getdiyi haqda hər iki tərəfdən eyniməzmunlu informasiyanın rəsmən yayılmasından sonra iddia səsləndiriblər.
Bildirilib ki, sərhədin delimitasiyası zamanı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın dörd anklav kəndinin azad edilməsi məsələsi həll olunacaq.
“Hraparak” yazıb ki, bütün sərhədyanı kəndləri əhatə edən sərhədyanı ərazilərdə mənzillərin tikintisi planının siyahısında Kərkinin adının olmaması bu kəndin geri qaytarılacağını təsdiqləyir.
Ekspert Tiran Xaçatryan isə iddia edib ki, məsələ yalnız anklavların qaytarılması deyil, Azərbaycan dəhliz də tələb edir və hazırda əsas müzakirə budur.
www.yenicag.az