!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Аntikorrupisonerlər” Ukrayna Azərbaycanlıları Radasında davam edən fotosərgidə - FOTOLAR

!Reklam – Yazi

27 sentyabr 2020-ci ildə başlanan 44 günlük zəfər yürüşünün ildönümü münasibətilə Ukrayna Azərbayacanlıları Radasında təşkil olunan fotosərgi davam edir.

Sərgidə Qarabağ Dirçəliş Fondu tərəfindən ərsəyə gətirilən, ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu “Karabakh.Center” layihəsi əsasında erməni işğalçıları tərəfindən törədilən vandalizm əməllərinin əks olunduğu “Qarabağda Urbisid” adlı fotolar nümayiş olunur.

Sərginin budəfəki qonaqları “Stop korrupsiya” ictimai birliyinin kordinatorları; hərbi jurnalist Roman Boçkala, Boqdan Xmelnitski, idarə heyətinin sədri İqor Bondarçuk, “Stop neleqal” ictimai birliyi idarə heyətinin sədri Denis Şinkarenko, təşkilat üzvləri və media nümayəndələri olublar.

Fotosərgi və Azərbaycanın şərəfli qələbə yolu haqqında qonaqlara məlumat verən UAR baş katibi Ceyhun Məmmədov bildirib ki, haqq uğurunda birləşən, gücünü ədalətdən alan xalqımızın qarşısında düşmən 44 gün ərzində darmadağın oldu. «Azərbaycan öz ərazi bütövlüyünü birliyinin gücü ilə, dostlarının birliyinin gücü ilə bərpa elədi» deyən baş katib Ukraynanın Azərbaycanla dostluğuna və strateji əməkdaşlığına da diqqət çəkib. Məmmədov bildirib ki, Bütün dünyadakı Azərbaycan diasporu kimi Ukrayna Azərbaycanlıları da bir yumruq kimi birləşdi və Azərbaycan naminə fikirdə, sözdə və əməldə bir olmağı bacardı.

Zəfərlə bitən «Dəmir Yumruq» əməliyyatından həmən sonra Qarabağa səfər edən və «Daşları toplamağn vaxtı gəldi» adlı sənədli film çəkən hərbi jurnalis Roman Boçkala dəhşətli dağntıların canlı şahidi olduğunu bildirib. Ağdam, Füzuli və Şuşada gördüyü vandalizm əməllərinin miqyasından danşan hərbi jurnalist ədalətin qələbəsinə sevindiyini bildirib. «Qarabağ qələbəsi bizə torparlarımızı azad etməyin mümkünlüyünü bir daha sübut etti, bizi ümidləndirdi» deyən Roman Boçkala Azərbaycanın qısa zamanda bu torpaqları «dirildəcəyinə», bu bölgəyə həyat gətirəcəyinə inandığını bildirib. UAR baş katibi isə yaxın günlərdə «Daşları toplamağn vaxtı gəldi» sənədli filminin premyerasını planlaşdırdıqlarını bildirib.

Sərgi ilə tanışlıqdan sonra korrupsiya qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb. “Stop neleqal” ictimai birliyi idarə heyətinin sədri Denis Şinkarenko bildirib ki korrupsiya eyni zamanda xalqlarımız arasındakı münasibətlərin inkişafına da əngəl törədir. “Stop korrupsiya” ictimai birliyinin idarə heyətinin sədri İqor Bondarçuk isə bildirib ki, Ukraynada bir çox sahədə yenilik etmək üçün çox əlverişli şərait var və inanıram ki korrupsiyaya qalib gələcəyik. «Filimdə deyildiyi kimi “Daşları toplamağn vaxtı gəldi”; Ukraynada da belədir – həm iqtisadiyyatda, həm siyasətdə və həm də həyatın bütün sahələrində yeniliyə və toparlanmağa ehtiyac var» deyən Bondarçuk bəzən sıfırdan başlamanın olanı dəyişməkdən daha tez və asan olduğunu vurğulayıb.

Görüşdə “Stop korrupsiya” ictimai birliyinin idarə heyətinin sədri UAR baş katibinə “Stop korrupsiya” yazılı köynək hədiyyə edib.

Sonda Ukrayna Azərbaycanlıları Radası, “Stop korrupsiya” və “Stop neleqal” icitimai birlikləri arasında birgə fəaliyyətlə bağlı memarandum imzalanması qərara alınıb.

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv