Antonio Rudiger "Real"la müqavilə müddətini uzatmağa yaxındır

media-hightechnic-468x90

Antonio Rudiger “Real” ilə müqavilə müddətini yeniləməyə yaxındır.

media-banner_tkm

Yenicag.az “Diario AS”a istinadən xəbər verir ki, Madrid klubu 33 yaşlı müdafiəçinin sadiqliyini və 2025/2026 mövsümündə müdafiə xəttinə gətirdiyi sabitliyi yüksək qiymətləndirib.

Bu səbəbdən Madrid təmsilçisi almaniyalı futbolçu ilə yeni – 1 illik müqavilə imzalamaq niyyətindədir. Futbolçu komandanın son 10 oyununun 8-də start heyətində yer alıb.

Qeyd edək ki, A.Rudiger 2022-ci ilin iyulundan “Real”da çıxış edir və hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdir. Cari mövsümdə 19 matçda 1 qol vuran futbolçunun transfer dəyəri 9 milyon avrodur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05