!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

APL-də XII tura yekun vurulacaq

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Əvvəlcə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” autsayderlər zonasında qərarlaşan “Qəbələ”nin qonağı olacaq. Adrian Mutunun yetirmələri liderlər qrupundan daha da uzaq düşməmək üçün səfərdə mütləq qalib gəlməlidirlər.

Tur paytaxt derbisi ilə başa çatacaq. Uğursuz mövsüm keçirən “Sabah” əks qrafik cızaraq liderlər qrupunda yer alan “Zirə”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi liderliyi itirməmək üçün çətin səfər görüşündə hesabına 3 xal yazdırmalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub ediblər.

Premyer Liqa
XII tur
5 noyabr

16:00. “Qəbələ” – “Neftçi”
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu

18:30. “Sabah” – “Zirə”
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 12 7 2 3 28-11 23
2 Zirə 11 6 3 2 11-7 21
3 Səbail 12 6 3 3 21-18 21
4 Araz-Naxçıvan 12 6 2 4 15-13 20
5 Sumqayıt 12 5 3 4 12-13 18
6 Neftçi 11 4 3 4 11-10 15
7 Turan Tovuz 12 4 3 5 19-15 15
8 Sabah 11 3 4 4 15-14 13
9 Qəbələ 11 2 2 7 7-20 8
10 Kəpəz 12 1 3 8 6-24 6

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 9 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 6 qol./Report/

www.yenicag.az

289
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv