“Apple” 98 milyon dollar vergisiz satış etdi – İTTİHAM

media-hightechnic-468x90

“Apple” 98 milyon dollar vergisiz satış edib. Məsələ ilə bağlı Tokio vergi idarəsindən isə hələlik rəsmi açıqlama verilməyib.

Yenicag.az “Haberturk”ə istinadən bildirir ki, “Apple Japan” 13 milyard yen (98 milyon dollar) vergisiz satışlarda ittiham olunur.

Belə ki, bəzi “Apple” mağazalarında xarici müştərilər tərəfindən kütləvi “iPhone” alışları aşkar edilib və bu əməliyyatın bir insanın eyni anda yüzlərlə telefon alması ilə baş verməsi diqqət çəkib.

Məlumata görə, Yaponiyada 6 aydan az qalan turistlərə 10 faiz  aksiz vergisi ödəmədən əşyalar almağa icazə verilsə də, bu güzəşt yenidən satış məqsədi ilə edilən alışlara şamil edilmir. Ona görə də “Apple”in Yaponiyadan 13 milyard yen (98 milyon dollar) əlavə vergi alması gündəmdədir.

Gülşən

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600