"Apple"dan "ChatGPT" HƏMLƏSİ: "Siri"ni yeniləyir

media-hightechnic-468x90

“Apple” “Siri” səsli köməkçisini süni intellekt dəstəkli yeni xüsusiyyətlərlə yeniləməyə hazırlaşır.

Yenicag.az “Bloomberg”ə istinadən məlumatına görə, şirkət “ChatGPT” kimi qabaqcıl platformalarla rəqabət aparmaq üçün “Google”dan texnoloji dəstək alıb.

Şirkət daxilində “World Knowledge Answers” adlandırılan sistem böyük dil modellərinə əsaslanaraq istifadəçilərə mətn, şəkil, video və məkan məlumatları əsasında cavab verməyi hədəfləyir.

Rəhbərlərin “cavab mühərriki” adlandırdığı bu funksiya “Siri” üçün illərdir gözlənilən ən böyük təkmilləşdirmələrdən biri olacaq.

“Apple” iyunda keçirilən “WWDC 2025” konfransında “Siri”nin süni intellekt yeniləməsinin 2026-cı ilə təxirə salındığını açıqlamışdı. Lakin son xəbərlərin yayılmasından sonra şirkətin səhmləri təxminən 5 faiz dəyər qazanıb.

Şirkətin proqram təminatı rəhbəri Kreyq Federici avqustda bütün əməkdaşların iştirakı ilə keçirilən iclasda “Apple”ın süni intellekt sahəsində üçüncü tərəf şirkətlərlə əməkdaşlıq etdiyini bildirib və “Siri” layihəsini “Apple”ın ən ciddi qəbul edilən təşəbbüslərindən biri adlandırıb.

Məlumatlara görə, yeni nəsil süni intellekt funksiyaları gələcəkdə hazırlanmaqda olan “Apple” robotuna da inteqrasiya edilə bilər. İddialara əsasən, bu cihaz insanabənzər üz ifadələrinə sahib olacaq və prototiplərində “Apple”ın Finder loqosunun animasiyalı versiyası istifadə olunub.

“Apple” sentyabrın 9-da keçirəcəyi tədbirdə “iPhone 17” seriyasını, həmçinin “Apple Watch” və “AirPods” modellərində yenilikləri təqdim edəcək. Tədbirdə “iOS”, “iPadOS”, “macOS”, “watchOS” və “CarPlay” sistemlərində də böyük yeniliklərin açıqlanacağı gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa