!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aprel ayının pensiya ödənişləri başa çatdı

!Reklam – Yazi

Aprelin 8-10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının ödənişi aparılıb. Bu gün isə respublikanın digər şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyalar bank hesablarına köçürülüb.

Yenicag.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib ki, pensiyaçıların yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.

“Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqi şəraitində sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi və bankomatlar qarşısında vətəndaş sıxlığının qarşısının alınması üçün pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişi qrafikində dəyişiklik edilmişdi.

Yeni qrafikdə nəzərdə tutulan günlərdə də aprel ayının pensiyalarının ödənişi təmin olundu”, – deyə məlumatda qeyd edilib.

Aprel ayının müavinət, təqaüd və kompensasiyaları bu ayın 20-21-də, ünvanlı dövlət sosial yardımları isə ayın 28-də veriləcək.

COP29

www.yenicag.az

854
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv