Aprelin 5-dən bağçalar da bağlanır - Rəsmi

media-hightechnic-468x90

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı qərar verilib.

Yenicag.az xəbər verir ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanır.

Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləyib.

Qeyd edək ki, dünən Təhsil Nazirliyi 5 şəhər və 1 rayonda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı məlumat yaymışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa