!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Ələsgər Türk telekanallarında Gülənin Azərbaycan fəaliyyətindən danışdı – Videolar

!Reklam – Yazi

aliyevYenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər Türkiyənin nüfuzlu telekanallarından “Ülke TV” və TVNET-in canlı yayın qonağı olub. “Ülke TV”-nin “Axşama doğru” Xəbərlər proqramında və TVNET telekanalının “Günorta xəbərləri” proqramında Azərbaycan və Rusiyadakı Fətullah Gülən Şəbəkəsi ilə bağlı danışan A.Ələsgərin qələmə aldığı “Terrorun Gülən üzü” kitabı da geniş müzakirə olunub.

“Gülən üçün Azərbaycan Türkiyədən daha önəmlidir” deyən Aqil Ələsgər bildirib ki, “Şəbəkə üçün bura Rusiya və Orta Asiyaya giriş qapısıdır”.

Azərbaycanda Gülən Şəbəkəsinə qarşı mübarizədən də danışan A.Ələsgər qeyd edib ki, “Azərbaycan prezidenti bu məsələdə Türkiyə prezidenti Ərdoğanla həmfikirdir və onlara qarşı mübarizə aparmaqdadır. Lakin bu dini deyil, agentura şəbəkəsi olduğundan mübarizə asan deyil. Bəzən dövlət içərisindəki müridləri vasitəsilə özlərini gizlətməyə müvəffəq olurlar”.

İSTEKKAqil Ələsgər fətullahçıların onu məhkəməyə verməsindən də bəhs edib: “Azərbaycandan deport olunan Gülənin “Bank Asya”sının ortağı Ənvər Özərən  Qafqaz Universiteti ilə birlikdə məni məhkəməyə verib. Türkiyədə azad sözə basqıdan danışanla Azərbaycanda onları ifşa edənləri bütün yollarla susdurmaq istəyirlər”.

Xatırladaq ki, dünən 11.00-da Səbael rayon Məhkəməsində Ənvər Özərən, Qafqaz Universiteti və “Çağ Öyrətim” MMC-nin Yenicag.az və Aqil Ələsgərə qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prossesi keçirilib. Məhkəmə prossesi hakimin açıq şəkildə Gülən Şəbəkəsinin tərəfini saxlaması ilə yadda qalıb. A.Ələsgər bildirib ki,  məhkəmə prossesində”Kütləvi İnformasiya Vasitələri” Haqqında Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 3-cü bəndi kobud şəkildə pozulub və gətirilən yazılı dəlillər deyil, qarşı tərəfin sözlü bəyanı əsas götürülüb.

A.Ələsgər bildirib ki, Azərbaycanın hər tərəfini hörümçək toru ilə saran şəbəkənin onu məhkəmə yolu ilə məğlub etdirmək üçün bütün çirkin yollardan istifadə edəcəyini bilir və sona qədər bunlara qarşı mübarizəsini davam etdirir.

Baş redaktor qeyd edib ki, məhkəmə prossesində qarşı tərəfin vəkili Fətullah Gülənin açıq müdafiəsinə qalxıb: “Mən ona sual verdim ki, siz Qafqaz Universitetinin vəkilisiniz, yoxsa Fətullah Gülənin? O, bəyan etdi ki, hər ikisinin hüquqlarını qoruyur. Hakim Nurəddin Bağırovun gözləri önündə Güləni müdafiə edən və məni Türkiyə Milli İstihbarat Təşkilatının Gülən Şəbəkəsi haqqında sifarişlərini yerinə yetirməkdə suçlayan şəxsin bütün hədyanlarına hakim son dərəcə dözümlü yanaşdı və məhkəmə boyunca sadəcə mənə qarşı aqressiv münasibət sərgilədi”.

www.yenicag.az

1080
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv