!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqressiyadan necə qurtulmalı? – Çıxış yolları

!Reklam – Yazi

Adətən, aqressiv davranışlar özünü daha çox yaz fəslində göstərir. Aqressiya dağıdıcı gücə malikdir. Aqressiv insanlar həyatlarında qazandıqları hər şeyi öz davranışları ilə itirə bilərlər.

Mütəxəssislərə görə, qəzəb, kin, nifrət və s. kimi neqativ hisslər aqressiyanın əlamətləridir. Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri insanın iradəli olmasıdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tutulurlar. Əsəb zəifliyi olan şəxslər də adətən, yuxusuzluq halları daha çox müşahidə edilir. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir.

Bunun səbəblərindən Yeniçağ.Az-a danışan tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, bütün fəsillər boyu insanın oyanan vaxtı olur, qışdan yaza keçid dövrü isə bunların ən qorxulusudur:

“Bu ərəfədə həm hormonal, həm də bədən hərarətinin artır. İstilər artdıqca bu hal süstləşməyə doğru gedir. Bu dövrdə də müəyyən motivasiyalar güclənir. Əslində aqressiya daha çox mədəniyyət, intellektual və inkişafla bağlı məsələdir. İnsanlar o zaman aqressiv olurlar ki, sosial faktorlar önə çıxır, cəmiyyətdə ciddi problemlər yaranır. Yəni bu situasiyalar insanlarda daha çox aqressivlik yaradır. Bununla yanaşı, yazda emosional motivasiyaların daha güclü olması məhz sadaladığım amillərlə bağlıdır. Ümumiyyətlə, nevroloji və psixoloji durumda olan dəyişikliklərin bir çoxu məhz bu ərəfəyə təsadüf edir. Mədə-bağırsaq xəstəliklərinin, müəyyən allergik reaksiyaların kəskinləşməsi, bəzi soyuqdəymə xəstəliklərinin dinamikasının artması da bu dövrdə baş qaldırır. Çünki insanlar geyim formasını düzgün seçmirlər, isti havaya aldanırlar, soyuqdəyməyə etinasız yanaşırlar”.

Ekspertin fikrincə, son zamanlar insanlar arasında ünsiyyətin azalması, münasibətlərin soyuması tendensiyaları müşahidə olunur ki, bu da stressə gətirib çıxarır:

“Yaz fəslinə keçiddə isə bu stress daha da pik nöqtəyə çatır. Onu da qeyd edim ki, bu məsələlər tibbi yolla həll olunmur. Məsələnin əsasında sosial faktorlar dayanır. Bunun qarşısını almaq üçün insanlar daha çox ünsiyyətdə olmalı, öz üzərilərində işləməlidirlər. Bu, təkcə insanın özü ilə də bağlı olan məsələ deyil, həm də cəmiyyətin, dövlətin müəyyən strukturları bununla bağlı ciddi işlər görməlidirlər. İnsanlar kütləvi idman etməlidirlər. Kütləvi idman insanları yaxınlaşdırır, müəyyən kompleksləri aradan qaldırır, fiziki sağlamlığa şərait yaradır ki, bu da psixi sağlamlığın əsasını qoyur.

Psixoloq Aidə Nəbiyeva isə qeyd edir ki, istənilən nevroloji problemlər, sinir sistemi həssas olan insanların problemləri daha çox yaz fəslində aktivləşir:

“Bu da həm orqanizmdə baş verən dəyişikliklər, həm də qanın tərkibinin dəyişməsi, eyni zamanda da yorğunluğun bir qədər artmasından irəli gəlir. İnsanlar bu fəsildə daha çox yuxuya meyilli olurlar. Hətta fevral ayının sonlarından etibarən artıq yuxudan rahat şəkildə oyanmaq çətinləşir. Yaz aylarında sinir sistemləri daha çox aktivləşir, stres və qıcıqlanmalar, ürəkkeçmələr müşahidə olunur. Fəslin birdən-birə dəyişməsi bir çox hallarda orqanizmin gec adaptasiyasına səbəb olur. Çox soyuq bir fəsildən isti dönəmə keçirik. Əksər insanlarda oksigen çatışmazlığı, nəfəs daralması müşahidə olunur. Hər xırda qıcıq bu fəsildə daha ağır stres və aqressiya yaradır. Məsləhət görərdim ki, insanlar mümkün qədər çoxlu maye qəbul etsinlər, vitaminli qidalar qəbul etsinlər və daha çox səhər saatlarında açıq havada gəzsinlər. Eyni zamanda idman və üzgüçülüklə məşğul olmaq da vacibdir. Bu məsələdə “şoppinq-terapiya”da çox kömək edir, istifadə edə bilərlər”.

Gülnarə Eynullaqızı

Yeniçağ.Az

COP29

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv