Niyaməddin Musayev: “Dedim, ay Allah, ölsəm, balalarımı kim saxlayacaq?”

media-hightechnic-468x90

 

media-banner_tuq

 

“Gözlərim doldu ki, Allah, mən dünyamı dəyişsəm, balalarımı kim saxlayacaq?”

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Qonaqcanlı” verilişində deyib.

İllərin sənətkarı məşhur mahnısının tarixçəsindən danışıb:

“Xəstəxanada yatırdım, vəziyyətim yaxşı deyildi. Çox kədərli idim. Dedim, ay Allah, ölsəm, balalarımı kim saxlayacaq? Hamı mənim ziyarətimə gəlirdi. Filologiya elmləri doktoru olan dostum Marifə xanım da yanıma gəlmişdi. Bir qazan yemək, bir dənə də kitab gətirmişdi. Dedi, Niyaməddin, bu kitabı oxuyarsan, Məmməd Arazın yaxşı şeirləri var, hansı xoşuna gəlsə, birinə mahnı bəstələyərsən. Dedim, yaxşı. O gedəndən sonra kitabı varaqladım, “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeirini tapdım. O şeiri oxuyanda gözlərim doldu ki, Allah, mən dünyamı dəyişsəm, balalarımı kim saxlayacaq? Mən stolun üstünə çırtma vura-vura o mahnını yazdım. Sonra Moskvaya gedib müalicə alıb qayıtdım. 1988-ci ildə mahnını efirdə ifa etdim, xalqın çox xoşuna gəldi. Bildim ki, mahnım seviləcək”.

 Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05