Aqşin Fateh Nəfəsi başqasına DƏYİŞDİ: “Mənə dedi ki...”
“Mən sözümdən qaçmadım, o qaçdı”.
Meyxanaçı Aqşin Fateh duet ortağı Nəfəsdən sonra başqa xanım müğənni ilə duet oxumasına da aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, o, Tolikin “Demişdin, Nəfəsdən sonra heç bir xanım müğənni ilə duet oxumayacağam, bəs niyə sözünü tutmadın” sualını cavablandırıb.
O, bu məsələdə Nəfəsi günahlandırıb:
“Bəli, elə bir söz demişəm, dediyim sözdən də qaçmıram. Nəfəs özü mənə dedi ki, bir az başqa işlərim var, onlarla məşğul olmalıyam, hələ ki işlərimizi dayandıraq. Mənim də oxunmalı yeni duet mahnılarım var idi, onu gözləyə bilməzdim. Yəni mən sözümdən qaçmadım, o qaçdı”.
Nehru