“Araz-Naxçıvan” “Sabah”ın futbolçusunu heyətinə qatdı

media-hightechnic-468x90

“Araz-Naxçıvan” “Sabah”ın futbolçusu İldar Alekperovu heyətinə qatıb.

Yenicag.az xəbər verir ki, 23 yaşlı hücumçu icarəyə götürülüb.

Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində yer alacaq. O, Naxçıvan komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında ilk yarıdan sonra 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600