Arıçılıqla məşğul olanlara şad xəbər - Prezident sərəncam imzaladı

media-hightechnic-468x90

Prezident İlham Əliyev martın 5-də “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla, 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib.

Nazirlər Kabinetinə subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etmək, Kənd Təsərrüfatı Nazirliyinə isə Dövlət Statistika Komitəsi ilə birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna sayı, verilmiş subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmçinin yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görmək tapşırılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600