Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Yenicag.az xəbər verir ki, mərhələnin ən maraqla gözlənilən matçı İtaliyada baş tutub.
Yerli “Milan” doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edib. London təmsilçisi erkən final kimi dəyərləndirilən bu görüşdə inamlı qələbəyə sevinib.
Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Atletiko” isə Madriddə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. İspanlar darmadağınla qalib gəliblər.
Avropa Liqası
1/8 final, ilk oyunlar
8 mart
“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:2
Qollar: Mxitaryan, 15. Remzi, 45.
“Atletiko” (Madrid, İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya) 3:0
Qollar: S.Niqes, 22. D.Kosta, 47. Koke, 90.
“Borussiya” (Dortmund, Almaniya) – “Zalsburq” (Avstriya) 1:2
Qollar: Şürrle, 63 – Berişa, 49-pen; 56.
ÇSKA (Moskva, Rusiya) – “Lion” (Fransa) 0:1
Qol: Marselo, 68.
“Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 2:2
Qol: İmmobile, 54. Anderson, 62 – Tsiqankov, 52. Moraes, 79.
“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya) 2:1
Qollar: Bruma, 56. Verner, 77 – Krisçito, 86.
“Marsel” (Fransa) – “Atletik” (Bilbao, İspaniya) 3:1
Qollar: Okampos, 1; 58. Payet, 14 – Aduris, 45-pen.
“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya) 2:0
Qollar: Montero, 45; 49.
www.yenicag.az