AŞ PA-nın qərarı ölkəmizə nə vəd edir?

media-hightechnic-468x90

ae1019985cb030e18cc0738fc9a4a449aşNürəddin Məmmədli: “Öhdəlikləri qəbul etmək zəruridir”

Mais Səfərli: “Ölkəmiz AŞ-da üzvlük məsələsinə yenidən baxa bilər”

Bildiyimiz kimi Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı dinləmələr keçirərək, qərar qəbul edib. Burada Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşdiyi göstərilir və həmin məqamların aradan qaldırılması üçün tövsiyyə və tələblər irəli sürülüb.

Görəsən, Azərbaycan bu tövsiyyə və tələbləri yerinə yetirməlidirmi? Yetirməsə nə baş verəcək?

AXCP sədrinin müavini Nürəddin Məmmədli Yenicag.az-a açıqlamasında həmin öhdəliklərin yerinə yetirilməsinin zəruri olduğunu bildirdi: “Heç kim məcbur etmədən Azərbaycan hakimiyyəti Avropa Şurasına daxil olarkən üzərinə 12 maddədən ibarət öhdəçilik götürdü. Bu öhdəliklərin 4-ü dərhal yerinə yetirilib. Yerdə qalan öhdəliklər isə bu günə qədər yerinə yetirilməyib. Nəinki yerinə yetirilmir, getdikcə vəziyyət daha da pisləşməkdə davam edir. Ona görə də hakimiyyət həmin öhdəliklərin yerinə yetirilməməsilə bağlı gələcəkdə üzləşə biləcəyi problemləri Avropa Şurasına daxil olanda nəzərə almalı idi. Daxil olubsa, həmin öhdəlikləri yerinə yetirməyə borcludur. Özü də bu öhdəliklər hər hansı bir qeyri adi məsələ deyil. Bu sivil dünyada qəbul olunmuş, müasir dünyanın idarəçilik prinsipində özünə yer tapmış, demokratik islahatlar vasitəsilə reallaşdırılan addımlardır. Onun da yerinə yetirilməsi zəruridir. Çünki, Avropa məkanında despotik üsullarla idarə olunan bir dövlətin mövcudluğu mümkün deyil. Ona görə də öhdəlikləri qəbul etmək zəruridir. Bu gün Azərbaycanın dünyanın ən geri qalmış ölkələri ilə bir sırada dayanması xalqımız və dövlətçiliyimizə təhqirdir, olduqca yaramaz idarəçiliyin nəticəsidir”.

Yurddaş Partiyasının sədri Mais Səfərli isə bu qənaətdədir ki, Avropa Şurasnın ölkəmizlə bağlı qəbul etdiyi bu qətnamələr Azərbaycandakı gerçək vəziyyəti əks etdirmir və qərəzli mövqeyin nümayişidir. Bu qərar AŞ-ın ölkəmizə qarşı ikili standarta söykənən bir mövqeyidir. Necə olur ki, Ermənistanda sosial haqlarını tələb edən insanlara qarşı zor tətbiq olunur, AŞ isə susur. Amma Azərbaycan qanunlarını pozan insanların məsuliyyətə cəlb edilməsi Avropa strukturlarında az qala xəncərlə qarşılanır. Belə bir qərəzli sənədin hazırlanması, gerçəyi əks etdirməməsi, onun Azərbaycandakı real vəziyyətə uyğun gəlməməsi ölkəmizə imkan verir ki, qətnamələrdən irəli gələn tələb və tövsiyyələrin yerinə yetirilməsindən imtina etsin. Azərbaycan AŞ PA-nın bu qərəzli mövqeyinə ciddi təpki verməlidir. Milli Məclisdə bu məsələ müzakirə olunmalı, AŞ-ın qərəzli mövqeyini pisləyən qərar çıxarmalı və bəyan etməlidir ki, Azərbaycana qarşı qərəzli mövqe davam edərsə, ölkəmiz AŞ-da üzvlük məsələsinə yenidən baxa bilər. Bu addımın atılması Avropa strukturları üçün ciddi zərbə olardı.

 

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600