!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASGA sədri Avstriya Federal Kanslerinin Baş direktor müavini ilə görüşdü – VYANADA+FOTOLAR

!Reklam – Yazi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada reallaşan “İnternet azadlığı konfransı: internet medianın rolu və vəzifələri” adlı konfransda iştirak edib.

Yenicag.az xəbər verir ki, konfransda ATƏT-in və Avropa Şurasının rəhbər şəxsləri, dünyanın nüfuzlu media və QHT rəhbərləri iştirak ediblər. Konfransda ASGA sədri Səbuhi Abbasov internet media sahəsində mövcud olan aktual problemlər barədə məruzə ilə çıxış edib.

QHT sədri, həmçinin, səfər çərçivəsində Avstriyada və Macarıstanda bir sıra işgüzar görüşlər keçirib.

İlk görüş Avstriya Federal Kanslerinin Baş direktor müavini Roland Faberlə baş tutub. Görüşdə ASGA sədri ölkəmizdə insan hüquq və azadlıqları, eyni zamanda, internet-media sahəsində aparılan islahatlardan danışıb. S.Abbasov, həmçinin, Faberə ermənilər tərəfindən işğal olunan, nəzarətsiz ərazilərdə kibercinayətkarlığın geniş formada yayıldığını və region üçün təhlükə mənbəyinə çevrildiyini deyib. R.Faber öz növbəsində Azərbaycanda aparılan irimiqyaslı islahatları yaxından izlədiyini dedi.

COP29

www.yenicag.az

1652
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv