Ötən ay “Toyota” markalı avtomobili ilə qəzaya düşən və maşınına ciddi ziyan dəyən Aşıq Namiq xərci özü ödəməli olub. O, qarşı tərəfi bağışlayıb.
Bunu Yenicag.az-a açıqlamasında sənətçinin özü bildirib.
O, qarşı tərəfi bağışlamasının səbəbini qəza törədən şəxsin qazi olması ilə əlaqələndirib:
“Maşını özüm düzəltdirdim. Altı min beş yüz manat xərc çəkməli oldum. Sğorta idarəsindən bildirdilər ki, ver məhkəməyə, pulunu al. Səbəbi də belə izah etdilər ki, onun sığortası olmadığı üçün pul verə bilmərik, uzaqbaşı min manat verə bilərik. Həmin adam qazi idi, mən də durub qazini məhkəməyə verəsi deyildim ki… Özüm nə qədər xərc lazım idisə, çəkdim və avtomobilimi düzəltdirdim. Qazini də bağışladım. O da mənə zəng edərək dedi ki, ayda müəyyən qədər pul ödəyə bilərəm. Cavab verdim ki, lazım deyil, o pulu sənə bağışladım”.
Cəvahir
www.yenicag.az