!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Namiq: “Əcnəbi ilə evlənib bədbəxt olanlar da var, xoşbəxt olanlar da”

!Reklam – Yazi

“Xoşbəxtlik hansı ölkənin vətəndaşı ilə evlənməklə deyil…”

Bunu “Əcnəbilərlə ailə quran insanlara münasibətiniz necədir?” sualını cavablandırarkən aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Aşıq bildirib ki, Azərbaycanda o qədər yaxşı xanımlar və bəylər var ki, elə bir-birləri ilə ailə qursalar daha yaxşı olar.

“Dəfələrlə şahidi olmuşuq ki, əcnəbilərlə ailə qurub xoşbəxt olanlar da var, bədbəxt olanlar da… Xoşbəxtlik hansı ölkənin vətəndaşı ilə evlənməklə deyil. O qədər bir-birini sevib evlənən azərbaycanlı ailələr olub ki, sonradan ailə münaqişəsi zəminində ər arvadının başını kəsib. Yaxud da əcnəbi ilə qurulan ailələr olsun. Bu yaxınlarda hamımız o xəbəri eşitdik, türk kişi ilə ailə quran məşhur həkim bağ evində əri tərəfindən qətlə yetirildi. Dediyim kimi bunun əksi ilə də qarşılaşırıq, digər ölkələrin vətəndaşları ilə ailə qurub xoşbəxt olan cütlüklərdə az deyil. Düşünürəm ki, insanin əcnəbi, yaxud öz millətinin nümayəndəsi ilə ailə qurmasının xoşbəxtçilikdə rolu yoxdur”.

Cəvahir

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv