Aşıq Namiq MEYDAN OXUDU: ”Sakit dursan, səni udarlar”

media-hightechnic-468x90

“İndiki dövrdə aparacılar, müğənnilər, müğəniciklər, səsi olanlar, səsi olmayanlar – fərqi yoxdur, gündəmə gəlmək istəyən hər bir şou əhlinin qarşısında sakit dursan, səni udarlar”.

media-banner_tkm

Bu sözləri aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi abırlı adamın yanında abırlı olsa da, abırsız adamın yanında susmadığını etiraf edib:

“Bunlar elə sırtıq adamlardır ki, onların gərək cavabını verəsən. Sakt duracaqsança, onda da gərək efirlərdən uzaqlaşasan. Belə də ki, niyə uzaqlaşmalısan ki… Sənətim var, müəllim kimi tələbələr yetişdirirəm, fərqli layihələr etmiəşm, konsertlərim göz qabağındadır. Kiminsə də qarşısında başım aşağı deyil.

Deyir, “Həyasız yanında susa bilmərəm, utancaq yanında utancağam mən”. Abırlı insanların qarşısında mən də abırlıyam. Mədəniyyətdən kənara çıxıb, kimsə dostlarıma daş atırsa, təhqir edirsə, mən də onların cavabını verirəm. Bir də bəzi abırsızlar var ki, həqiqətən də abrını itirib, günədəm gəlmək üçün kiməsə söz atır. Onlara cavab vermirəm.

Adını demirəm bir qadın müğənni var idi, qəsdlə ona-buna ilişib, söz atırdı. Ona cavab vermədim. Gördüm bunun həm şəxsiyyəti yoxdur, həm də sənəti… Əxlaqdan da uzaqdır. Hacı, Kərbəlayi kimi ona baş qoşsam, elə onun səviyyəsinə düşürəm. Ona görə də cavab vermirəm. Bu yaxınlarda Tacir nəsə demişdi, cavabını verdim. Çünki mən sənətdən danışırdım, o şəxsiyyətə toxundu, cavabını verdim”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05