!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Zülfiyyə: “Hər kəs efirdə öz əxlaqını nümayiş etdirir”

!Reklam – Yazi

“Efirə çıxan hər kəs öz əxlaq və mədəniyyətini, ailə tərbiyəsini nümayiş etdirir…”

Bunu aşıq Zülfiyyə Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi bəzən verilişlərə dəvət olunan sənət adamlarının efir mədəniyyətinə zidd getdiyini və bir-birlərinə hörmətsizlik sərgilədiyini təəssüf hissi ilə bildirib:

“Bəzən aparıcı qıraqda qalır, verilişə gələn qonaqlar arasında mübahisə və inciklik yaşanır. Əgər aparıcı sual verirsə, verilişə dəvət etdiyi qonaq da ona cavab verməlidir. Çox vaxt bu da qonaqlar arasında narazılığa səbəb olur.

Bu yaxınlarda verilişlərin birində qonaq olan tanınmış bir şairəmizə aparıcı Novruz adət-ənənələri barədə sual verib. Digər bir qonaq ayağa qalxıb deyir ki, şairə şeirini desin, müğənni mahnısını oxusun, Novruz adət-ənənələrindən mən danışmalıyam, siz kimsiniz bu barədə danışırsız. Mən buna ədəbsizlik kimi baxıram. Həmin şəxs ən azından belə kobudluq etməməliydi. Heç olmasa, onu verilişinə dəvət edən aparıcıya hörmət etməli idi. Çünki bunu aparıcıya qarşı da hörmətsizlik kimi dəyərləndirirəm. Hər halda, adam durduğu yerdə danışmayıb, aparıcı sual verib, o da cavab verib.

Düşünürəm ki, kimliyindən, peşəsindən asılı olmayaraq hər kəs bir-birinə hörmət qoysa, yaxşı olar. Televiziya bir mədəniyyət və əxlaq ocağıdır. Efirə çıxan hər kəs öz əxlaq və mədəniyyətini, ailə tərbiyəsini nümayiş etdirir”.

Cəvahir

www.yenicag.az

442
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv