Asiyada yeni COVID-19 dalğası yayılır

media-hightechnic-468x90

Asiyada yeni COVID-19 dalğası yayılır. Koronavirusa yoluxma hallarının kəskin artması, xüsusən də Çinin Honkonq Xüsusi İnzibati Bölgəsində, eləcə də Sinqapurda qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Məlumata görə, bir neçə aydır ki, regionda yoluxanların sayı artır ki, bu da vaxtaşırı yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Honkonq və Sinqapur səlahiyyətliləri yenidən ictimaiyyəti peyvənd olunmağa çağırır və risk altında olan insanlara gücləndirici peyvəndlər elətdirməyi xatırladır.

Mayın 13-də Honkonq Sağlamlığın Mühafizəsi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin müdiri Ou Tsyajun RTHK televiziyasında yeni koronavirus infeksiyasına yoluxma hallarının kifayət qədər yüksək səviyyədə olması barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, keçən həftə Honkonqda 2024-cü ilin aprelindən bu yana ən yüksək yoluxma halları qeydə alınıb. Çirkab sularda virusun səviyyəsi ilə yanaşı xəstəxanaya müraciət və qəbulların sayı da artmaqda davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600