!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir? - Eksklüziv

!Reklam – Yazi

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun qardaşının rayona rəhbər göndəriləcəyi deyilir.

Yenicag.az xəbər verir ki, Fazil Məmmədovun ötən ay vergilər naziri vəzifəsindən azad olunmasından sonra onun “kurasiya”sında olan Şəmkir rayonu icra hakimiyyəti başçısının dəyişdirilməsi məsələsi gündəmə gəlib.

Hazırda Şəmkirin icra başçısı olan və Fazil Məmmədovun ən yaxın adamlarından biri kimi tanınan Alimpaşa Məmmədovun vəzifəsindən göndəriləcəyi, hətta onun xələfinin kimliyi barədə söhbətlər gəzir.

Yeni ilin ilk günlərindən etibarən rayonda dolaşan xəbərlərə görə, Məmmədovdan sonra rayonun icra başçısı postuna ən real namizəd qismində Şəmkirin sabiq rəhbəri Aslan Aslanovun (1993-2005) qardaşı, buna qədər Gəncədə bir sıra yüksək vəzifələrdə işləmiş Əziz Aslanovun adı hallanır.

Hətta onun bu vəzifəyə təyinat çərçivəsində “ilkin prosedur”lardan keçdiyi də söylənilir.

COP29

www.yenicag.az

5468
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv